Bakıya gətirilən yeni qatarlardan biri istifadəyə verildi - VİDEO

Digəri sınaq müddətindədir

Ötən ay Bakıya gətirilən yeni elektrik qatarlardan biri artıq istifadəyə verilib.

BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Qeyd olunub ki, istismara verilən qatar hazırda Bakı-Pirşağı marşrutu üzrə hərəkətdədir:

"Elektrik qatarlarından biri artıq istismara verilib və hazırda Bakı-Pirşağı marşrutu üzrə hərəkətdədir. Digəri isə hələlik sınaq müddətində olduğu üçün istismara qəbul edilməyib".

Xatırladaq ki, ötən ay "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group” şirkətindən daha 2 ədəd KISS markalı ikimərtəbəli elektrik qatarı alıb. Yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində işləyəcək. İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 18.01.2018-ci ildə bağlanan müqaviləyə əsasən alınan hər biri 4 vaqondan ibarət qatarda birinci sinif (9 yer), biznes (62 yer) və standart (300 yer) olmaqla, cəmi 371 oturacaq yeri var.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group” şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. Bu günədək, “Azərbaycan Dəmir Yolları” QSC “Stadler Rail” şirkətindən hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı alıb. Bu qatarlar Bakı-Gəncə, Bakı-Sumqayıt və Bakı-Pirşağı marşrutlarında işləyirlər.

BakuCity.az

Bakı elektrik qatarları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Müsahibə
"Bu, hibrid savaşdır". BakuCity.az jurnalist Elçin Alıoğlunun Ermənistan xüsusi xidmət orqanları və onlara havadarlıq edənlərin Azərbaycana qarşı açdığı yeni hibrid müharibənin təfərrüatları ilə bağlı müsahibəsini təqdim edir: – Elçin bəy, son statusunuzda “media ermənilərin və Ermənistana işləyənlərin özlərini rahat hiss edəcəkləri yer olmayacaq” fikrini səsləndirdiniz. Nə baş verir? – Ermənistan xüsusi xidmət orqanları, erməni diaspor nümayəndələri, habe...
Siyasət
Yayılan məlumatlar təkzib olunub. Son günlər xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə yayılmış məlumatlar növbəti dəfə təkzib olunub. BakuCity.az xəbər verir ki, türkiyəli məşhur jurnalist Levent Kemal bununla bağlı şəxsi “Twitter” hesabından açıqlama yayıb. Jurnalist qeyd edib ki, Azərbaycana cəlb olunacağı iddia olunan “Həmzə” diviziyasının komandiri ilə danışıb: “Həmzə” diviziyasının k...
Siyasət
Atəşkəs rejimini pozub. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən m...
Mədəniyyət
Aktrisa Sevinc Əliyeva Xəzər televiziyasında aparıcılığa başlayır. BakuCity.az xəbər verir ki, Sevinc Əliyeva Xəzər televiziyasında "3 BALAM" verilişində aparıcılıq edəcək. Veriliş sentyabrın 26-da səhər saat 09:30-da yayımlanacaq. Qeyd edək ki, Xəzər televiziyasının rəhbəri Murad Dadaşovdur. BakuCity.az
Kriminal
Bakının Nizami rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. BakuCity.az xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində baş verib. Belə ki, 27 yaşlı İbrahim Qasımov və 24 yaşlı Mehdixan Cavadov beş nəfərlə kütləvi dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. (apa) BakuCity.az
Ekologiya
Mütəxəssislər tərəfindən ağacların quruma səbəbi araşdırılır. Bakı və Abşeron yarımadası ərazisində aparılan müşahidələr göstərib ki, son zamanlar bəzi ərazilərdə yaşı 40-dan yuxarı olan iynəyarpaqlı ağaclar quruyur. BakuCity.az xəbər verir ki, AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev bildirib ki, ağacların quruma səbəbinin müəyyənləşdirilməsi, fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrü...
Cəmiyyət
Azərbaycanda Covid-19-la bağlı son vəziyyət. Azərbaycanda bu gün koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCitya.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 testi müsbət çıxan 2 nəfər  vəfat edib. BakuCity.az
Cəmiyyət
Toylar oktyabr ayından bərpa edilə bilər. BakuCity.az xəbər verir ki, son bir neçə gün ərzində ərazi icra hakimiyyətlərindən şadlıq evlərinə ünvanlanan sorğular belə deməyə əsas verir. Şadlıq evləri də artıq müəyyən hazırlıqlara başlayıblar. Paytaxt ərazisində yerləşən obyektlərin administratorlarının sözlərinə görə, son 1-2 gündə sifariş yazdıranların sayında müəyyən artım hiss edilir. Əsasən toyları karantinə görə dəfələrlə təxirə düşən müştərilər müraci...
Siyasət
Döyüş atışlı taktiki təlimlərə başlanılıb. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib. BakuCity.az xəbər verir ki, bununla baölı Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin...