“SmartAvia” ilə Bakıdan Sankt-Peterburqa ✈️
Rusiyanın “SmartAvia” aviaşirkəti Sankt-Peterburq – Bakı reyslərini həyata keçirəcək.
Bu barədə BakuCity.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Uçuşlar aprelin 2-dən etibarən "Boeing 737" təyyarələrində həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.
Qeyd edək ki, "Smartavia" şirkətinin internet səhifəsindən artıq indidən Bakıdan Sankt-Peterburqa bilet almaq mümkündür. Mart ayında gediş-gəliş qiyməti iki tərəfə 19,2 min rubl və ya 310 dollar təşkil edir.
BakuCity.az