Kirayə mənzillər belə satılacaq: Sayı artırılacaq - VİDEO

Kirayə mənzillər belə satılacaq: Sayı artırılacaq - VİDEO

Müraciətlər bu gündən başlayır

İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərlə bağlı vətəndaşların hara və necə müraciət etməli olduğunu açıqlayıb.

BakuCity.az “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, vətəndaşların müraciətlərinə Bakı 2 saylı “ASAN kommunal” və Sumqayıt “ASAN xidmət” mərkəzlərində baxılacaq.

İlkin olaraq elektron müraciətin ilk mərhələsini keçən vətəndaşlar elektron növbə ilə görüşə dəvət olunacaqlar.

Həmçinin oxu: Satışa çıxarılan kirayə mənzillər kifayət qədər bahadır – Ekspert RƏYİ

Kirayə evlərlə bağlı müraciətlər yanvarın 22-dən etibarən başlayır. Müraciətlərin qəbulundan sonra vətəndaşların müxtəlif parametrlərə uyğunluğu yoxlanacaq. Bu zaman namizəd olacaq vətəndaşların növbəti mərhələrə keçməsi üçün tələblərə cavab verməsi mütləqdir.

İl ərzində satışa çıxarılacaq kirayə evlərin sayı ilk olaraq müəyyən edilən saydan dəfələrlə çox olacaq.

Qeyd edək ki, ilkin olaraq satışa çıxarılan mənzillərin qiyməti hələ bəlli deyil və növbəti mərhələdə açıqlanacaq. Birinci mərhələdə satışa 331 mənzil çıxarılır. Mənzillərin 208-i Bakının Nizami rayonu Mehdi Abbasov küçəsində, 40-ı Xətai rayonu Gəncə prospektində, 58-i Abşeron rayonu Xırdalan şəhəri 2-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.

BakuCity.az

kirayə mənzillər satış müraciət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər