Sumqayıtda mikroavtobus piyadanı vurub dirəyə çırpıldı: ölən və yaralılar var - FOTO + VİDEO

Sumqayıtda mikroavtobus piyadanı vurub dirəyə çırpıldı: ölən və yaralılar var - FOTO + VİDEO

İki yaralı xəstəxanaya yerləşdirilib

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin giriş hissəsində qeydə alınıb.

“Mercedes-Benz Sprinter” markalı sərnişin mikroavtobusu Sülh prospektində yolu keçən gənci vurub. Daha sonra idarəetməni itirən avtobus işıq dirəyinə çırpılıb.

Həmçinin oxu: Bakıda avtomobil dirəyə çırpıldı, xəsarət alanlar var - FOTO + VİDEO

Piyada - 1993-cü il Məmmədov Tural Məmməd oğlu aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Avtobusda olan dörd sərnişin isə ağır bədən xəsarətləri alıblar. 

Yaralılardan 1972-ci il təvəllüdlü Elimdar Hüseynov və 1995-ci il təvəllüdlü Aidə Kərimovanın müalicəsi xəstəxanada davam etdirilir. Digər iki yaralı isə ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda mikroavtobus piyadanı vurub dirəyə çırpıldı: ölən və yaralılar var - FOTO + VİDEO, fotoşəkil-1 Sumqayıtda mikroavtobus piyadanı vurub dirəyə çırpıldı: ölən və yaralılar var - FOTO + VİDEO, fotoşəkil-2 Sumqayıtda mikroavtobus piyadanı vurub dirəyə çırpıldı: ölən və yaralılar var - FOTO + VİDEO, fotoşəkil-3 Sumqayıtda mikroavtobus piyadanı vurub dirəyə çırpıldı: ölən və yaralılar var - FOTO + VİDEO, fotoşəkil-4

BakuCity.az

Sumqayıt yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər