Bakıda hündür binada yanğın olub, sakinlər təxliyə edilib

Bakıda hündür binada yanğın olub, sakinlər təxliyə edilib

Yanğın söndürülüb

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, Xətai rayonu, Natiq Əliyev, 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər evlərindən çıxa bilmədiklərini deyiblər.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın binanın elektrik şaxtasında başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Yalnız bundan sonra sakinləri təxliyə etmək mümkün olub.

Yanğın söndürülüb.

BakuCity.az

Bakı yanğın bina
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər