Bakıda qanunsuz heyvan kəsimində istifadə olunan qurğular söküldü - FOTO

Bakıda qanunsuz heyvan kəsimində istifadə olunan qurğular söküldü - FOTO

10 kəsim sahəsinə baxış keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən BakuCity.az-a verilən məlumata görə, AQTA əməkdaşları Səbail rayon İcra Hakimiyyəti nümayəndələri və Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ilə birgə Səbail rayonu Badamdar qəsəbəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində antisanitar vəziyyət və qanunsuz heyvan kəsiminə qarşı reyd keçiriblər.

Reyd zamanı 10 kəsim sahəsinə baxış keçirilib. Müəyyən edilib ki, bu ünvanda fəaliyyət göstərən ət satışı mağazalarında antisanitar vəziyyət və baytarlıq ekspertizası aparılmadan ətlərin satışı həyata keçirilir. Bununla əlaqədar olaraq sahibkarlıq subyektlərinə məxsus qeyri-qanuni fəaliyyət göstərən ət satışı mağazalarında qanunsuz heyvan kəsimində istifadə olunan dəmir konstruksiyalı qurğular yerli icra orqanının əməkdaşları tərəfindən ləğv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Bakıda qanunsuz heyvan kəsimində istifadə olunan qurğular söküldü - FOTO, fotoşəkil-1 Bakıda qanunsuz heyvan kəsimində istifadə olunan qurğular söküldü - FOTO, fotoşəkil-2 Bakıda qanunsuz heyvan kəsimində istifadə olunan qurğular söküldü - FOTO, fotoşəkil-3

BakuCity.az

Bakı heyvan kesimi qurğular
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər