Bakıda 22 yaşlı fəhlə liftlə tavanın arasında sıxılaraq ölüb

Bakıda 22 yaşlı fəhlə liftlə tavanın arasında sıxılaraq ölüb

Cinayət işi açılıb

Bakıda fəhlə faciəvi şəkildə ölüb.

BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə yanvarın 21-də, saat 12 radələrində, paytaxtın Nizami rayonu, H.Əliyev prospekti, 115 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb.

Belə ki, “İKMA Services” MMC tərəfindən lift quraşdırılması zamanı həmin şirkətdə quraşdırıcı işləyən 1998-ci il təvəllüdlü Musa Dəmirov liftin hərəkət etməsi nəticəsində şaxtada liftlə tavanın arasında sıxılaraq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

BakuCity.az

Bakı fəhlə lift
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər