Bakıda məmur “X5”-lə dərəyə yuvarlandı – VİDEO

Bakıda məmur “X5”-lə dərəyə yuvarlandı – VİDEO

Avtomobil yararsız vəziyyətə düşüb

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az Trend-ə istinadən verdiyi məlumata görə, hadisə Bakı Dairəvi-1 yolunda qeydə alınıb.

Səhər saatlarında adıçəkilən yolda hərəkətdə olan 41-BC-069 dövlət nömrəli "BMW X5" markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb. Yüksəklikdən dərəyə yuvarlanan avtomobil yararsız vəziyyətə düşüb.

Şahidlərin bildirdiyinə görə, hadisə zamanı ciddi xəsarət alan olmayıb. Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

BakuPost saytı sürücünün Penitensiar Xidmətin əməkdaşı olduğunu yazıb.

BakuCity.az

Bakı yol qəzası BMW
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər