Bakıda daha bir metro stansiyasının inşasına hazırlıq başladı

Bakıda daha bir metro stansiyasının inşasına hazırlıq başladı

Ərazidə metro stansiyasının tunelləri qazılıb

Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır:

"B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır. Ərazidə metro stansiyasının tunelləri qazılıb.

Həmçinin oxu: Bakıda 3 mərtəbəli metro stansiyasının açılacağı vaxt bilindi

Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır".

BakuCity.az

Bakı metro tikinti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər