Kirayə mənzillərin satışında problem yarandı - RƏSMİ AÇIQLAMA

Kirayə mənzillərin satışında problem yarandı - RƏSMİ AÇIQLAMA

Tədbirlər görülür

İpoteka və Kredit Zəmanət Fondu bu gün satışına start verilən kirayə mənzillərlə bağlı açıqlama yayıb.

Fonddan BakuCity.az-a verilən məlumata görə, nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb:

“Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.

Hazırda Fond aidiyyətı təşkilatlarla birlikdə Elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Bildirmək istərdik ki, qeyd olunan texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara Fond tərəfindən əlavə məlumat veriləcək”.

Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsindəki mənzillərin satşında da analoji problem yaranmış, ilk cəhddə mənzillərin satışı baş tutmamışdı.

BakuCity.az

Bakı kirayə mənzillər satış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər