Sabah güclü külək əsəcək

Sabah güclü külək əsəcək

Meteohəssas insanlar üçün əlverişsiz olacaq

Yanvarın 23-də Bakıda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Güclü cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 23-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

BakuCity.az

Bakı hava külək
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər