Bakıda narkotik vasitə satan aptek işçiləri saxlanıldı

Bakıda narkotik vasitə satan aptek işçiləri saxlanıldı

Satışına məhdudiyyət qoyulmuş həblər tapılıb

Bakıda aptek işçiləri narkotik vasitələri satarkən saxlanılıblar.

Bu barədə BakuCity.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova 9 ədəd “Tramadol” və 5 ədəd “Prebagalin” həblərini satarkən tutulublar.

Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd “Tramadol”, 667 ədəd “Pregabalin”, 659 ədəd “T-doll”, 246 ədəd “Contramal”, 10 ədəd “Tamol XX”, 58 ədəd “Royal”, 70 ədəd “Lyrica” və 126 ədəd “Regapen” aşkar edilərək götürülüb.

BakuCity.az

narkotik aptek satış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər