“Azərsun Holdinq” 500 fəhlənin işdən qovulmasına aydınlıq gətirdi

"Çox təəssüf, işçi heyətimizin sayına yenidən baxmalı olacağıq"

"Müəssisəmiz son illərdə külli miqdarda zərərlə fəaliyyət göstərir”.

BakuCity.az xəbər verir ki, Bunu Qaynarinfo-ya "Azərsun Holdinq” MMC-dən İmişli Şəkər Zavodunda 500 fəhlənin işdən çıxarılmasına münasibət bildirilərkən deyilib.

Holdinq bəyan edir ki, "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin İmişli rayonunda yerləşən şəkər emalı zavodu ciddi böhran vəziyyəti ilə qarşılaşıb:

"Belə ki, 2016-cı ildən etibarən Rusiya Federasiyasından ölkəmizə şəkər tozu idxalının miqyası durmadan artmaqdadır. Üstəlik idxal olunan şəkər tozunun qiyməti dempinq siyasəti ilə formalaşır. İmişli şəkər zavodunda maya dəyərinin aşağı salınması, qiymətdə rəqabət qabiliyyətinin artırılması yönündə milyonlarla ABŞ dolları ilə ölçülən investisiya qoyuluşları, həmçinin digər səmərələşdirici səylərin həyata keçirilməsinə baxmayaraq, dempinqli idxal olunan məhsul ilə rəqabət aparılması obyektiv olaraq mümkün deyil. Məhz buna görə də, müəssisəmiz son illərdə külli miqdarda zərərlə fəaliyyət göstərir. Lakin "Azərsun Holdinq” rəhbərliyinin ölkəmizin sosial-iqtisadi inkişafı və regionda məşğulluğun təmin olunmasına verdiyi yüksək əhəmiyyətin nəticəsi olaraq müəssisəmizin fəaliyyəti dayandırılmamışdır. Hər kəsə məlumdur ki, İmişli rayonu başda olmaqla, Mərkəzi Aran bölgəsinin sosial-iqtisadı həyatında və işsizliyin aradan qaldırılmasında müəssisəmizin rolu həlledici dərəcədə mühümdür”.

Holdinq 3 ildir İmişli Şəkər Zavodunun zərərlə işlədiyini vurğulayıb:

"Yaranmış bu böhran vəziyyətində, holdinqimizin bütün xoş niyyətli səylərinə rəğmən, müəssisəmizin tam gücü ilə ilboyu fəaliyyət göstərməsi çətinləşəcək. Hazırda İmişli Şəkər Zavodunda ixtisar baş vermir. Sadəcə, istehsal müəssisəsinin fəaliyyətini dayandırması ilə bağlı ölkə qanunvericiliyinin tələbinə uyğun olaraq işçilərə ödənişlər edilir. Durum belə davam edərsə, istehsal müəssisəmiz 2020-ci ildən etibarən sadəcə payız mövsümündə məhdud miqdarda şəkər çuğunduru emalını həyata keçirməklə fəaliyyətini xeyli kiçiltməyə məcbur qalacaq. Çox təəssüf, işçi heyətimizin sayına yenidən baxmalı olacağıq. Bildirmək istəyirik ki, artıq 3 ildir İmişli Şəkər Zavodu zərərlə işləyirdi”.

BakuCity.az

Azərsun Holdinq şəkər zavodu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
“Dənizdə virus məhv olur, insanlar dənizə gedə bilməlidirlər". “Təkcə vitamin D ilə bağlı deyil, ümumiyyətlə açıq havada olmaq insanın immun və sinir sisteminə müsbət təsir göstərir. Dənizdən müəyyən qaydalara əməl etməklə istifadə olunmalıdır. Bu qaydaları işləyib hazırlamaq lazımdır. İnsanlar dənizə gedə bilməlidirlər”. BakuCity.az xəbər verir ki, baku ölkənin baş infeksionisti Cəlal İsayev deyib. C. İsayev qeyd edib ki, dənizdə viruslar məhv olur. Bunun...
Biznes
Koronavirus hər yerdə olduğu kimi Azərbaycanda da işbazların işinə yarıyır. "Pul qazananlar" indi də virusdan istifadə edib, dərmanların qara bazar biznesindən faydalanırlar. Həkimlər yazır ki, hazırda Azərbaycanda koronavirusun müalicəsi adı ilə istifadə edilən antiviral dərmanlar (“Arbidol”, “Kalitra”, “Erqferon” və “Tamiflu” ) bu xəstəliyin və virusun spesifik müalicəsi üçün nəzərdə tutulmayıb. “Parasetamol”, vitamin, steroid və digər dərmanların olmam...
Cəmiyyət
Çində yeni xəstəlik yayılıb. Ötən ilin sonlarından başlayan koronavirus pandemiyası başa çatmamış Çindən yeni xəstəlik yayılması qorxusu dünyanı bürüyüb. BakuCity.az "BakuPost"a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı da Çində müşahidə edilən və 24 saat ərzində insanı öldürən c haqqında açıqlama verib. ÜST hələlik yoluxma faktını nəzərə aldıqda xəstəliyin nəzarət altında olduğunu bildirib. Qeyd edək ki, adətən gəmiricilərdə yaşayan bir bakter...
Hadisələr
Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Ramazanov Taleh Natiq oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün açıq yerdəyişən sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Dünyada COVID-19-a yoluxma halları 12 007 327 təşkil edir. BakuCity.az xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət oranlarının, həmçinin dünya KİV-lərinin, digər açıq mənbələrin statistikasını aparan Cons Hopkins Universiteti bildirib. Universitetin məlumatına görə, dünyada koronavirusdan 548 799 pasiyent ölüb. Bununla yanaşı, pandemiya ərzində virusdan 6 533 436 pasiyent sağalıb. Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma və ölüm A...
Siyasət
Azərbaycanda koronavirusdan daha 9 nəfər vəfat edib. Azərbaycanda 542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlar...
İdman
Ötən mövsüm Azərbaycan Premyer Liqasını II və III pillədə başa vuran "Neftçi" və "Keşlə" klubları medallarına qovuşublar. BakuCity.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev və qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev əvvəlcə "Keşlə"nin bazasında olublar. PFL rəsmiləri bürünc medalları klubun prezidenti Zaur Axundova təqdim ediblər. Onlar daha sonra isə "Neftçi"nin bazasına yollanar...
Cəmiyyət
Bakının “kimsəsiz” çimərlikləri fotoşəkillərdə. Ölkə ərazisində Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejimi sərtləşdirilib. BakuCity.az xəbər verir ki, karantin rejimində kimsəsizliyə məhkum olan məkanlardan biri də çimərliklərdir. "Oxu.Az"ın fotoqrafı Bakıda yerləşən bir neçə çimərlikd...
Cəmiyyət
İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib. BakuCity.az xəbər verir ki, bu barədə İ. Ağayev özü bildirib. İ. Ağayev deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işlə...