Kirayə mənzillərin görüntüsü yayıldı: Tam təmirlidirlər - VİDEO

Kirayə mənzillərin görüntüsü yayıldı: Tam təmirlidirlər - VİDEO

Binanın həyətində vətəndaşların istirahəti də nəzərə alınıb

Kirayə mənzillər üçün elektron müraciət ötən gün səhər saat 10:00-da başlamalı olsa da, sayta çox sayda insanın daxil olması səbəbindən müraciətləri qeydə almaq mümkün olmadı. İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərə media-tur təşkil edərək mənzillərin vətəndaşlara hansı vəziyyətdə təhvil veriləcəyini göstərib.

BakuCity.az Xəzər TV-yə istinadən xəbər verir ki, elektron sistemdəki problemlə bağlı açıqlama yayan Fond müraciətlərin müvəqqəti dayandırıldığını və əlavə məlumat veriləcəyini bildirib.

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova qiymətlərin binaların yerləşdiyi yerdən asılı olaraq dəyişdiyini bildirib.

Həmçinin oxu: Kirayə mənzillərin satışında problem yarandı - RƏSMİ AÇIQLAMA

Tikintini həyata keçirən şirkətin baş mühəndisi binaların tikintisinin və otaqların təmirinin beynəlxalq standartlara uyğun olduğunu bildirir. Binanın həyətində vətəndaşların istirahəti də nəzərə alınıb.

İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzillərin ipoteka kreditlərindən bir sıra üstünlükləri olduğunu açıqlayıb. Fondun Kirayə mənzil departamentinin direktoru Ramil Tahirov bildirib ki, ipoteka kreditlərində vətəndaşlar üçün şərtlər daha ağırdır. Adi kirayə evlərdən üstünlüyü isə budur ki, bu mexanizimdə sonda mənzil vətəndaşın özünə qalır.

BakuCity.az

Bakı kirayə mənzillər satış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər