Qatarlara bilet satışında YENİLİK

Qatarlara bilet satışında YENİLİK

Yeni qayda bu gündən tətbiq olunur

Azərbaycan daxilində hərəkət edən qatarlara bilet satışı qaydasına dəyişiklik edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən BakuCity.az-a verilən məlumata görə, yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30 gün qalmış əldə edə biləcəklər.

Dəyişiklik bilet satışının təkmilləşdirilməsi və sərnişinlərin biletləri daha rahat və tez almasına xidmət edir.

Bilet satışında yeni qayda yanvarın 23-dən tətbiq olunur.

BakuCity.az

qatar bilet satış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər