Dövlət başçısı sərəncam imzalayıb
Prezident İlham Əliyev Mixail Solomonoviç Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən məlumat verir.
M.Qusman Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
BakuCity.az