Bakının işıqforlarına dəyişikliklər edildi - FOTO

Bakının işıqforlarına dəyişikliklər edildi - FOTO

Nəqliyyat növbəsinin uzunluğu 50-80%-ə qədər azalıb

Bakı Nəqliyyat Agentliyi tərəfindən mütəmadi olaraq nəqliyyat axınının idarə olunması, sıxlıqların aradan qaldırılması məqsədilə işıqforların vaxt planlarının təhlili və nəqliyyat axınına uyğun olaraq dəyişdirilməsi işləri həyata keçirilir.

Agentlikdən BakuCity.az-a verilən məlumata görə, bu çərçivədə vətəndaşların da müraciətləri nəzərə alınmaqla daha 4 ərazi üzrə araşdırmalar aparılıb və müvafiq dəyişikliklər icra edilib:

✅Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb;

✅Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçələrinin kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb;

✅Həsən bəy Zərdabi küçəsinin İsmayıl Talıblı küçəsi ilə kəsişməsində işıqforun vaxt planına dəyişiklik edilib;

✅İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişmələrində əlavə sağ dönmə bölməsi çıxarılıb.

İlkin müşahidələrə əsasən, edilən dəyişikliklər qeyd edilən yol kəsişmələrində nəqliyyat şəraitinin yaxşılaşmasına səbəb olub, nəqliyyat növbəsinin uzunluğu 50-80%-ə qədər azalıb.

Bakının işıqforlarına dəyişikliklər edildi - FOTO, fotoşəkil-1 Bakının işıqforlarına dəyişikliklər edildi - FOTO, fotoşəkil-2 Bakının işıqforlarına dəyişikliklər edildi - FOTO, fotoşəkil-3

BakuCity.az

Bakı nəqliyyat işıqfor
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər