Rüşvət alarkən görüntüsü yayılan polis əməkdaşı ölüb - FOTO

Rüşvət alarkən görüntüsü yayılan polis əməkdaşı ölüb - FOTO

İki il əvvəl xidmətdən xaric edilib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

BakuCity.az-ın məlumatına görə, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı araşdırmalar aparılıb.

"Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib və həmin ildə də vəfat edib”, - o deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Şirvan şəhər ərazisində yol polisinin sürücüdən rüşvət alması ilə bağlı videogörüntü yayılıb.

Rüşvət alarkən görüntüsü yayılan polis əməkdaşı ölüb - FOTO, fotoşəkil-1

BakuCity.az

yol polisi rüşvət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər