Bakıda içki məclisində mübahisə - Qızı yerə yıxaraq 16 bıçaq vurdu

Bakıda içki məclisində mübahisə - Qızı yerə yıxaraq 16 bıçaq vurdu

Hadisə yerindən qaçıb

Bakıda bıçaqlanma hadisəsi olub.

BakuCity.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Azər oğlu 1988-ci il təvəllüdlü Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 1981-ci il təvəllüdlü Cəbrayılov Taleh Cəlilağa oğlu Xətai rayonu ərazisində birlikdə yemək yeyib, spirtli içki qəbul edəndən sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranıb. Mübahisə nəticəsində B.Adbullayev Z.Niftəliyevanı yerə yıxaraq üzərində gəzdirdiyi bıçaqla qadına 16 bıçaq zərbəsi vuraraq qəsdən öldürməyə cəhd edib. Daha sonra B.Abdullayev T.Cəbrayılovu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

BakuCity.az

Bakı bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər