İçərişəhər və Qala qoruğuna gələn turistlərin sayı açıqlandı

İçərişəhər və Qala qoruğuna gələn turistlərin sayı açıqlandı

Turistlərin sayı artır

Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, həmçinin Qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb. Böyük Qala 3 və 5 ünvanlarında yerləşən yaşayış binalarının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, sakinlərin rahatlığı və təhlükəsizliyi üçün onlar müvəqqəti yaşayış yerləri ilə təmin olunublar.

BakuCity.az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Ə.Ələkbərov deyib ki, Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilib.

O, qeyd edib ki, İçərişəhərə, eləcə də Qala Qoruğuna gələn turistlərin sayı gündən-günə artır:

“2019-cu il ərzində 3040 nəfər rəsmi və qeyri-rəsmi nümayəndə heyəti üçün ekskursiyalar, 3271 nəfərə isə fərdi və qrup turları təşkil edilb. Bundan başqa, hesabat ili ərzində muzeylərdə ziyarətçilərin sayı 383 528 nəfər təşkil edib”.

BakuCity.az

İçərişəhər Qala qoruğu turistlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər