Təcili yardım maşınının sürücüsü Bakının mərkəzində çətin vəziyyətə düşdü - VİDEO

Zibil qutusu da mərkəzi küçələrdə parkinq problemini əks etdirir

Bakının mərkəzi küçələrində təcili tibbi yardım maşınının üzləşdiyi çətin vəziyyət kameraya düşüb.

BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, İctimai TV-də yayımlanan “Avtostop” verilişinin aparıcı Tural Yusifov sözügedən vəziyyəti avtomobilinin videoregistratoru vasitəsilə qeydə alıb.

Həmçinin oxu: Bakı-Quba yolunda 3 təcili yardım maşını qəzaya uğradı: 7 yaralı - FOTO

Ünvana çağırışa gələn təcili tibbi yardım maşınının sürücüsü park etməyə yer tapa bilmir. Dar yolun sağ və sol hissəsində dayanan avtomobillər sürücünün işini biraz da çətinləşdirir.

Çağırış olan ünvanda park edə bilməyən sürücü bir xeyli yol qət edərək başqa bir küçəyə üz tutub. Bu vəziyyət parkinq üçün yerlərin azlığının yaratdığı problemlərdən yalnız biridir.

Piyada səkisinin qarşısına qoyulan zibil qutusu da mərkəzi küçələrdə parkinq problemini əks etdirir.

BakuCity.az

Bakı təcili tibbi yardım maneə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Evdən çıxmamışdan qabaq SMS göndərin Baş Nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar imzalayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiy...
Cəmiyyət
Məsafə saxlayın “Taksiyə 2 nəfərdən artıq sərnişin götürən sürücü cərimə ediləcək”. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi Əziz Baqişev deyib. O bildirib ki, taksiyə 4 nəfərin götürülməsi yolverilməzdir: “İnsanlar ictimai nəqliyyatdan istifadə edərkən məsafə saxlamalıdırlar. Bu, taksilərə də aiddir”. BakuCity.az
Cəmiyyət
Söhbət 199 nömrəli avtobusdan gedir Bakıda daha bir avtobus sürücüsü karantin qaydalarını pozub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, söhbət 199 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan gedir. Faktla bağlı foto sosial şəbəkədə sərnişinlərdən biri tərəfindən paylaşılıb. Qeyd olunub ki, sürücü Moskva prospektində boş oturacaq yerləri olmadığı halda sərnişin götürüb. Fotodan da göründüyü kimi, avtobusda sərnişin sıxlığı...
Cəmiyyət
“Yayılan məlumatlara görə, əks halda inzibati məsuliyyətə cəlb olunacaqlar” Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında yayılan məlumatlara münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Report"un sorğusuna cavab olaraq bildirib ki, yayılan xəbərlər...
Ekologiya
15 dərəcə isti olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, aprelin 3-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Hav...
Cəmiyyət
“Aztəminatlı ailələrə yardım olunmalıdır” Yaxın günlərdə sosial yardımlarla bağlı qərar veriləcək. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. O bildirib ki, qərarda məqsəd vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsidir: “İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil". BakuCity.az
Cəmiyyət
Əhaliyə ödəmələr bu həftə başlaya bilər "Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik". BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bankların iş zəncir...
Cəmiyyət
8 nəfərin vəziyyəti ağırdır Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyəti ağır, 11-nin orta ağır, yerdə qalanların vəziyyəti isə sabitdir. Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib. BakuCity.az
Cəmiyyət
“Karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir” Polisin maska və əlcəksiz küçəyə çıxanları cərimələməsi bəzi insanların narazılığına səbəb olub. Onlar qanunda belə bir cərimənin olmadığını bildiriblər. BakuCity.az “BakuPost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də bu məsələyə aydınlıq gətirib. Ə.Baqişev bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsu...