Bakıda bina tikintisinə görə ağacları kəsdilər - VİDEO

Bakıda bina tikintisinə görə ağacları kəsdilər - VİDEO

Ağacları köçürmək əvəzinə ağır texnika ilə məhv ediblər

Binəqədi rayonu Nəcəf Nərimanov küçəsində ağaclar kəsilib.

BakuCity.az-ın məlumatına görə, bu barədə ərazidə yaşayan sakinlər Oxu.az-a bildiriblər. 

Sözügedən ünvanda əhalinin istirahəti üçün nəzərdə tutulan park var. Sakinlər deyir ki, park ərazisindəki ağaclar bina tikintisi məqsədilə məhv edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov faktı təsdiqləyib və bununla bağlı araşdırma aparıldığını deyib:

“Bu gün şöbəyə Binəqədi rayonu Nəcəf Nərimanov küçəsi, 87 ünvanında, binaların qarşısında yerləşən parkda ağacların kəsildiyinə dair məlumat daxil olub. Məlumat əsasında əraziyə baxış keçirilib. Ərazidə insanların istirahəti üçün salınan park var. Baxış zamanı park ərazisində beş ağacın kəsilməsi faktı təsdiq olunub. Tərəfimizdən akt tərtib olunub.

Araşdırma zamanı məlum olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə olan ağacların köçürülməsi üçün rəy verib. Lakin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin əməkdaşları ağacları köçürmək əvəzinə ağır texnika ilə məhv ediblər. Bu məqamla bağlı da araşdırma başladılıb. Məsələnin yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

BakuCity.az

Bakı tikinti ağac
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər