Bakıda sürücü "Gelandewagen"lə əks yola çıxıb avtoxuliqanlıq etdi - VİDEO

Bakıda sürücü "Gelandewagen"lə əks yola çıxıb avtoxuliqanlıq etdi - VİDEO

Polis araşdırmağa başladı

Bakıda sürücünün kobud qayda pozuntusu sosial şəbəkələrdə görüntülənib.

BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Tik-Tok"da paylaşılan videodan göründüyü kimi, sürücü əks yola çıxaraq qəza şəraiti yaradır.

Görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. "Şükürov004" adlı istifadəçi öz "Tik-Tok" hesabında çox sayda bu cür videolar paylaşıb.

Rusiyada qeydiyyata alınan "E100YE" (10) dövlət nömrə nişanlı "Gelandewagen"lə qayda pozan sürücü bir anda diqqət mərkəzinə düşüb.

Məsələ ilə bağlı Bakı şəhər Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yayılan kadrlarla bağlı artıq araşdırmalar başlanılıb. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

BakuCity.az

Bakı sürücü qayda pozuntusu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər