Qəssabxanalar yaradılıb özəl sektora satılacaq

Qəssabxanalar yaradılıb özəl sektora satılacaq

Problem məhz ət kəsimi məntəqələrindən qaynaqlanır

Qida Təhlükəsizliyi Agentliyi​nə tabe olan "Qida Təhlükəsizliyi İnstitutu" MMC tərəfindən 40 ədəd standartlara uyğun ət kəsimi məntəqəsi yaradılaraq özəl sektora təhvil veriləcək.

BakuCity.az FED.az-a istinadən xəbər verir ki, Azərbaycanda dönərxanaların hansı standartlara uyğun olaraq fəaliyyət göstərməsi ilə bağlı sanitariya normativ aktlar qəbul olunacaq.

Qida təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadənin sözlərinə görə, ümumilikdə agentlik ət kəsimi ilə bağlı özəl sektora dəfələrlə müraciət ünvanlayıb ki, onlar daha fəal olsunlar və bu sahəyə investisiya yatırsınlar:

"Çünki əsas problem məhz ət kəsimi məntəqələrindən qaynaqlanır. Ət kəsimi məntəqələri, kəsim standartlara uyğun olsa, laboratoriyadan keçsə, artıq digər sahələrdə bu problem olmayacaq. Ona görə də biz qərara gəldik ki, agentliyin nəzdində fəaliyyət göstərən institut tərəfindən 40 ədəd standartlara uyğun ət kəsimi məntəqəsi yaradılsın və özəl sektora təhvil verilsin. Bu il artıq bir neçə müəssisə açılacaq", - R.Rüstəmzadə qeyd edib.

BakuCity.az

Qəssabxanalar yaradılıb özəl sektora satılacaq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər