Bakıda kreativ sənaye forumu keçiriləcək

Bakıda kreativ sənaye forumu keçiriləcək

İşçi qrupu yaradılıb

Fevralın 18-də Bakıda kreativ sənaye və incəsənət sahəsini təmsil edən sahibkarların iştirakı ilə forum təşkil olunacaq.

BakuCity.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "APA-Economics"ə deyib.

Onun sözlərinə görə, tədbirin təşkilində əsas tərəfdaş qismində Mədəniyyət Nazirliyi çıxış edəcək ki, bu baxımdan Mədəniyyət nazirinin də foruma qatılacağı gözlənilir.

Qeyd edək ki, kreativ sənaye dedikdə, kitab, digər çap və dizayn məhsulları, filmlər, xalçaçılıq, suvenir istehsalı və s. istiqamətlər nəzərdə tutulur.

O.Məmmədov əlavə edib ki, ölkədə kreativ sənayenin inkişafına dair araşdırmalar aparmaq məqsədilə işçi qrupu yaradılıb. İşçi qrupunda Mədəniyyət, İqtisadiyyat nazirliklərinin, Turizm Agentliyinin, həmçinin KOBİA-nın nümayəndələri təmsil olunur.

İşçi qrupu tərəfindən sahələr müəyyən olunacaq ki, onların da inkişafına diqqət yetiriləcək. Söhbət sahənin təşviqindən, kreditləşməsindən və s. istiqamətlərin müəyyənləşməsindən gedir.

BakuCity.az

kreativ sənaye forum
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər