Bakı Dövlət Universiteti yataqxana problemini həll edir

Bakı Dövlət Universiteti yataqxana problemini həll edir

İlk olaraq bir yataqxana binası istifadəyə veriləcək

Bakı Dövlət Universitetinin yataqxana problemi artıq həll olmaq üzrədir. Hazırda texniki təchizat işləri gedir.

BakuCity.az xəbər verir ki, bu fikri yanvarın 23-də Bakı Dövlət Universitetində imtahanlara ictimai baxış zamanı rektor Elçin Babayev AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, müasir tipli yataqxanada tələbələr üçün bütün lazımi şərait yaradılıb:

Həmçinin oxu: Bakıda 42 milyon dollara iki tələbə yataqxanası tikiləcək

"Yataqxananın binasında yüksək səviyyədə təchiz olunmuş mətbəx, yeməkxana, kitabxana, oxu zalı, tibb məntəqəsi, asudə vaxtın səmərəli keçirilməsi üçün otaq, mağaza tələbələrin istifadəsində olacaq.

İnanıram ki, tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması onların təhsilinə də müsbət təsir göstərəcək”.

E.Babayev məlumat verib ki, ilk olaraq bir yataqxana binası istifadəyə veriləcək. Lakin universitetin yataqxana kompleksinin tikilməsi nəzərdə tutulur. Bu sahədə ciddi işlər gedir, layihələr hazırlanır.

BakuCity.az

Bakı Dövlət Universiteti yataqxana
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər