Zərflər fevralın 7-də açılacaq
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yüksək gərginlikli avadanlıqlara illik texniki servis xidmətinin satınalması üzrə açıq müsabiqə elan edir.
BakuCity.az-ın məlumatına əsasən, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtlərində göstərilən, qiymət təklifi istisna olmaqla) 4 fevral 2020-ci il saat 17:00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 6 fevral 2020-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflər 7 fevral 2020-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.
Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvanından ala bilərlər.
Əlaqə telefonları: 599-00-03 (1402)
BakuCity.az