Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA

Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA

Yolun hər iki tərəfi çəpərlənəcək

Bakı-Quba-Rusiya yolunun 100 kilometr hissəsinin inşasının bu ilin may ayının sonuna qədər yekunlaşdırılması, qalan hissəsinin isə 2021-ci il ərzində tamamlanması nəzərdə tutulub.

BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Baku.ws-ə deyib.

Onun sözlərinə görə, Bakı-Rusiya istiqamətində yeni avtomobil yolunun təməli 2018-ci ildə qoyulub:

“Mövcud yol öz başlanğıcını Bakı-Quba-Rusiya istiqamətində olan Bakı-Quba yolunun 45-ci kilometrindən götürür. Ümumi uzunluğu 152 kilometrdir. Birinci texniki dərəcəli olmaqla inşa olunur.

Həmçinin oxu: Bakıdan Rusiya sərhədinədək pullu yolda 7 turniket olacaq - TƏFƏRRÜAT

Yolun hər iki tərəfi çəpərlənəcək. Hərəkət hissəsinə kənar heç nə daxil ola bilməyəcək. Yol ətrafında maşınlar və sərnişinlərə xidmət üçün istirahət əraziləri qurulacaq. Tam olaraq müasir standartlara cavab verən yol olacaq”.

A.Nəcəfli əlavə edib ki, yeni salınan yollara alternativ yollar olduğu üçün bu yolların ödənişli olması ilə bağlı təkliflər verilib:

“Bildiyiniz kimi, Azərbaycan şimal və cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Nəqliyyat dəhlizi üzərində ən böyük elementlərdən biri Bakı-Quba-Rusiya sərhədi yolu və Bakı-Ələt-Astara avtomobil yoludur. Artıq Bakı-Ələt-Astara istiqamətində yeni yolun inşası artıq yekunlaşdırılıb. Birinci texniki dərəcəyə uyğun olaraq bu il ərzində Astaradan İran sərhədinə qədər yolun inşası və İranla sərhəddə bir körpünün inşasının aparılması və Bakı-Quba-Rusiya yolunun istifadəyə verilməsi ilə artıq şimaldan cənuba və ya əks istiqamətdə istər yükdaşımada, istər tranzit yükdaşımada, istərsə də sərnişindaşımada və regionları birləşdirmək baxımından bu yolların çox böyük əhəmiyyəti olacaq.

Alternativ yollar olduğu üçün bu yolların ödənişli olması ilə bağlı təkliflər verilib və inşaat işlərinin yekununa doğru bu təkliflərə baxılacaq. Hər hansı qərar qəbul ediləcəyi təqdirdə artıq ödənişin tətbiqi ilə bağlı işlər aparılacaq. Qeyd edim ki, həm Bakı-Quba-Rusiya, həm də Bakı-Ələt-Astara yolları boyunca müəyyən istirahət əraziləri yaradılır ki, vətəndaşlar istirahət edə bilsin və nəqliyyat vasitələrində yaranan problemləri rahat şəkildə aradan qaldıra bilsinlər”.

BakuCity.az

ödənişli yollar Anar Nəcəfli
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər