"Sovet Azərbaycanının sədası" adlı sərgi keçiriləcək

Sovet reallıqları ilə bağlı süjetlərə siyasi plakatlar güclü təsir göstərib

Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Azərbaycan Milli Xalça Muzeyi birgə “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” sərgisini təqdim edir.

Xalça Muzeyindən BakuCity.az-a verilən məlumata görə, sərginin əsas mövzusu Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyalarından 1920-1970-ci illərə aid Sovetlər dönəmi motivli xalça və tikmələrdir. Ekspozisiya tarixi kataklizmlərin dekorativ-tətbiqi sənətə təsirindən bəhs edəcək.

Sərgidə Azərbaycan Milli Xalça Muzeyinin (Bakı) kolleksiyasından 1920-1970-ci illərdə toxunan xalçalar, Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin (Moskva) kolleksiyasından 1920-1930-cu illərə aid xalça, inqilab mövzusunda tikmələr və eskizlər, “Mərcani” Fondunun (Moskva) kolleksiyasından plakatlar da daxil olmaqla ümumilikdə 40 eksponat nümayiş olunacaq. İlk dəfə olaraq Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin təşviqat tekstili kolleksiyası bütövlükdə sərgilənəcək. Nümayiş olunan bütün əsərlər həmin dövrlərdə siyasi təşviqat məqsədilə istifadə edilən materiallardır. Hazırda isə bu sənət nümunələri o dövrdəki anlamlarını itirərək, sadəcə həmin dövrün xalça və tikmə sənətində əksi kimi nümayiş olunur. Şübhəsiz ki, inqilabi hadisələr və o dövrün sovet reallıqları ilə bağlı süjetlərə siyasi plakatlar güclü təsir göstərib. Həmçinin XX əsrdə Azərbaycanda geniş yayılmış şərq miniatür sənəti, namazlıq xalçaları, Qacarlar dövrü incəsənəti, o cümlədən kitab qrafikası və teatr afişalarının da müxtəlif təsirləri yan keçməyib. 

Təşviqat obrazları Azərbaycanın əsrlərlə qorunan klassik xalça və tikmələrinə xas ornament və kolorit əsasında yaradılırdı. Xalça ustaları gözəl xalça nümunələri yaradarkən eksperiment kimi onlar üçün yeni olan obraz və ifadə formalarını istifadə etməkdən çəkinmirdilər. Eyni zamanda, onlar ənənəvi xalçaların istehsalını da davam etdirirdirlər.  

Sərginin açılışı üçün Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi tərəfindən eyniadlı kataloq hazırlanacaq. 

BakuCity.az

sovet xalça sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Azərbaycan Respublikasında 10-dan çox insanda yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstə...
Cəmiyyət
Koronavirusa görə parklarda skamyalar yığışdırılıb Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır. Qeyd...
Siyasət
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırıb COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb. Bu barədə BakuCity.az ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılma...
Ekologiya
29 martda gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,  arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gec...
Cəmiyyət
Avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vu...
Mədəniyyət
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib BakuCity.az-ın məlumatına görə, müraciətdə deyilir: "Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir. M...
Cəmiyyət
"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim" BakuCity.az xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib. Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır. O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilmə...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan...
Biznes
Azərbaycan bazarında elektromobillərə tələbat böyük deyil. BakuCity.az xəbər verir ki, bunu Trend-ə Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib. Onun sözlərinə görə, elektromobillər Azərbaycan üçün ona görə səmərəli deyil ki, bu maşınlar üçün müvafiq infrastruktur yoxdur: "Yeni elektrokarın qiyməti 20 min dollardan çoxdur. Onlar hələlik qış aylarında adekvat işləmir. Amma Azərbaycan yaxın gələcəkdə elektromobillərdən istifad...