"Mercedes" Bakının mərkəzində hərəkəti iflic etdi - VİDEO

"Mercedes" Bakının mərkəzində hərəkəti iflic etdi - VİDEO

Avtomobil ərazidən təxliyə edilib

Bakıda qanunsuz parklanma nəqliyyatın hərəkətinə mane olub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BakuCity.az-a bildirib ki, "Mercedes ML" markalı avtomobilin qeyri-qanuni park edilməsi təxminən yarım saat müddətinə Zərgərpalan küçəsində hərəkətin dayanmasına səbəb olub.

Bu müddətdə həmin küçədən keçən sərnişin avtobusunun hərəkətində də çətinlik yaranıb.

BNA əməkdaşları avtomobili ərazidən təxliyə edib.

BakuCity.az

Bakı qanunsuz parklanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər