Bakıda Qəhvə və Çay Festivalı başladı - FOTO

Bakıda Qəhvə və Çay Festivalı başladı - FOTO

Nəticələr 26 yanvarda açıqlanacaq

Bu gün “Baku Coffee & Tea Festival 2020”-yə start verilib.

BakuCity.az xəbər verir ki, ilk dəqiqələrdən ziyarətçi axını ilə müşahidə olunan festival tədbirin ilk çempionatı olan "Azerbaijan Latte Art Championship"lə davam edib.

Çempionatda ümumilikdə 6 barista mübarizə aparacaq. Yarışın şərtinə əsasən, baristalar südlü qəhvənin üzərində müşahidəçilərin nəzarəti altinda müxtəlif rəsmlər çəkməlidirlər.

Çempionatın nəticəsi festivalın son günü - 26 yanvarda açıqlanacaq.

Bakıda Qəhvə və Çay Festivalı başladı - FOTO, fotoşəkil-1

Qeyd edək ki, Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə (“Specialty Coffee Association”) keçirilən festivalın əsas məqsədi çay və qəhvə sənayəsinin, biznesin inkişafı üçün keyfiyyətli fürsətlərin yaradılması, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsinin formalaşdırılmasıdır.

Festival çərçivəsində baristalar arasında iki milli çempionat keçiriləcək.

Çempionatların qalibləri ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq kollegiya tərəfindən seçilərək Azərbaycanı 2020-ci ilin dünya çempionatlarında təmsil edəcəklər.

İnformasiya dəstəyi - BakuCity.az

Bakıda Qəhvə və Çay Festivalı başladı - FOTO, fotoşəkil-2 Bakıda Qəhvə və Çay Festivalı başladı - FOTO, fotoşəkil-3 Bakıda Qəhvə və Çay Festivalı başladı - FOTO, fotoşəkil-4

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı qəhvə və çay festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər