Baş infeksionist: Azərbaycanda koronavirusa yoluxma riski var

Baş infeksionist: Azərbaycanda koronavirusa yoluxma riski var

"Çindən gələnləri mütləq yoxlamaq lazımdır"

Çindən Azərbaycana gələnlər mütləq hava limanında koronavirusla bağlı yoxlamadan keçirilməlidirlər.

BakuCity.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Report”a açıqlamasında deyib.

Onun sözlərinə görə, Çinə gedən Azərbaycan vətəndaşları da ehtiyatlı olmalı, özlərini qorumalıdırlar: “Azərbaycanda koronavirusa yoluxma riski var. Çünki Azərbaycanla Çin arasında sıx gediş-gəliş mövcuddur. Çindən ölkəmizə gələnləri mütləq yoxlamaq lazımdır”.

Qeyd edək ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.

BakuCity.az

koronavirus infeksiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər