Bakının Baş planı ilin sonunadək hazır olacaq

Bakının Baş planı ilin sonunadək hazır olacaq

İşlər davam etdirilir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının Baş Planının hazırlanması prosesi davam edir.

BakuCity.az-ın məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib ki, komitə tərəfindən 2018-ci ildə əməkdaşlığa cəlb olunmuş “BCG” nüfuzlu beynəlxalq məsləhətçi şirkətinin dəstəyi ilə hazırlanmış Bakının İnkişaf Konsepsiyası əsasında şəhərin Baş planının hazırlanması istiqamətində kompleks işlər 2019-cu ildə də qrafikə uyğun davam etdirilib:

"Keçirilmiş beynəlxalq tender vasitəsilə seçilmiş, qərargahı Almaniyada yerləşən tanınmış “AS+P” şəhərsalma şirkəti şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılmasına, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlərin görülməsinə başlayıb. Bakının baş planının hazırlanması prosesinin əlaqələndirilməsi məqsədilə Komitə tərəfindən yaradılmış qurumlararsı işçi qrupun hesabat dövründə keçirilmiş 4 geniş tərkibli iclası və 70-ə yaxın ikitərəfli görüşlər nəticəsində beynəlxalq və yerli ekspertlərin şəhərin gələcək inkişafının əsas prinsiplərinə dair irəli sürdüyü təşəbbüslər müzakirə edilib, paytaxtın əsas şəhərsalma yanaşmaları razılaşdırılıb".

O qeyd edib ki, Bakı şəhərinin Baş planının layihəsi üzərində işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

BakuCity.az

Bakı baş plan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər