Könüllülər bilik yarışmasına qatılacaq

2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib

1 fevral 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif qurumlarda fəaliyyət göstərən könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək.

BakuCity.az xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Müxtəlif nazirlik və komitələrin könüllülərini bir araya toplayan yarışın keçirilməsində məqsəd könüllülər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasına, koordinasiya işinin təkmilləşdirilməsinə və əlaqələrin möhkəmlənməsinə dəstək verməkdir.

“Xəmsə” formatında təşkil olunacaq bilik yarışmasında 15-ə yaxın dövlət qurumunun könüllü komandası iştirak edəcək və yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.

BakuCity.az

könüllülər yarışma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
İyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında  gecə 18-20, gündüz 25-29, Bakıda  gecə 18-20, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 758 mm ci...
Cəmiyyət
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilib. Hazırda dünyada yeddi milyonadək insan yeni növ koronavirus (COVID-19) xəstəliyinə yoluxub, 400 minədək şəxs vəfat edib. COVID-19 virusunun peyvəndi bu günədək tapılmadığından dünya dövlətləri tərəfindən davamlı preventiv tədbirlər həyata keçirilməkdədir. BakuCity.az xəbər verir ki, son günlər mövcud karantin rejimi qaydalarının əhali tərəfindən kütləvi surətdə pozulması ölkənin bir sıra bölgələrində san...
Cəmiyyət
Əli Əsədov koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib. Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib. BakuCity.az nazirin müraciətini təqdim edir: "Hörmətli həmvətənlər! Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan...
Cəmiyyət
Azərbaycanda iş saatı dəyişdirilib. Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində cümə günü saat 14:00-dan bazar ertəsi səhərə qədər iş qrafikinin tam məhdudlaşdırılacağı ilə bağlı qərar qəbul olunub. BakuCity.az xəbər verir ki, dövlət və özəl müəssisələr sabah saat 14:00-a kimi fəaliyyət göstərəcək. Buna görə artıq yerli icra hakimiyyəti və bir sıra dövlət orqanlarının əməkdaşlarına məlumat verilib. Onlara qaydalara ciddi əməl etmələri tövsiyə olunub. Qe...
Hadisələr
Bakıda Aeroport yolundan Bakıxanov istiqamətinə gedən yolda nəqliyyat vasitəsi yanıb. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə, saat 23:00 radələrində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyevanın sözlərinə görə, 208 saylı sərnişin avtobusu qaraja gedərkən yolda alışıb.  Avtobus alışarkən boş olub. Yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb. Xəsarət alan olmayıb. Hadisə şahidlərinin sözlərinə...
Kriminal
Bakıda metroda polislə “maska insidenti”nə görə 5 nəfər barəsində cinayət işi başlanıbə. Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar. BakuCity.az xəbər verir...
Cəmiyyət
“Yoluxma sayının artması karantin rejiminin sərtləşdirilməsilə bağlı müraciəti labüd edib”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. R.Bayramlı qeyd edib ki, yaxın iki ayda tam üç gün ərzində küçəyə çıxma qadağası təklif olunub. Sədrin sözlərinə görə bu təklif qəbul edilib, detalları müzakirə...
Cəmiyyət
“Vətəndaşlar yenidən icazə sistemi ilə yaşayış yerini tərk edəcəklər”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirdiyi brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. R.Bayramlının sözlərinə görə, elə istehsalat sahələri var ki, fasiləsiz işləməlidir. Sədrin dediyinə görə, bununla bağlı qərar isə bu gün veriləcək: “Zəruri işləməli olan müəssisələrin...
Cəmiyyət
Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət ç...