Bakıda 1 milyon kv.m-lik obyektlərin tikintisinə icazə verilib

Bakıda 1 milyon kv.m-lik obyektlərin tikintisinə icazə verilib

Komitə hesabat verdi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sərəncamları ilə ötən il təsdiq olunmuş və ölkə üzrə tikintiyə icazələrin verilməsi üçün əsas olan 371 şəhərsalma əsaslandırılması ilə inşası nəzərdə tutulan tikinti obyektlərinin yerüstü mərtəbələrinin ümumi sahəsi 4 647 211 kv.m təşkil edir ki, bunun da 2 520 808 kv.m-lik hissəsi mənzillərdir. 

BakuCity.az-ın məlumatına görə, bu barədə komitənin sədri Anar Quiliyev qurumda keçirilmiş geniş kollegiya iclasında məlumat verib. 

Onun sözlərinə görə, ötən il Komitə Bakıda ümumi sahəsi təqribən 1 000 000 kv.m təşkil edən tikinti obyektlərinin tikintisinə icazə verilib.

Bununla yanaşı, hesabat dövründə paytaxtda ümumi sahəsi 10 397 148 kv.m təşkil edən tikinti obyektlərinin istismarına icazə verilib ki, bunun da 7 154 015 kv.m-lik hissəsi mənzillərin payına düşür. Bunlardan ümumi sahəsi 9 532 857 kv.m, mənzillərin sahəsi isə 6 736 933 kv.m təşkil edən yaşayış binalarının istismarına ölkə prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19.02.2019-cu il tarixli fərmanına uyğun olaraq icazə verilib.

BakuCity.az

Bakı tikinti icazə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər