Avtomobillərə ciddi ziyan dəyib
Ötən gün paytaxda yol nəqliyyat hadisəsi baş verib.
BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, Nizami küçəsi ilə Keykab Səfərəliyeva küçəsinin kəsişməsində işıqforun qırmızı işığından keçən “Hyundai” markalı avtomobil digər yolda hərəkətdə olan mühafizə polisinə məxsus xidməti avtomobillə toqquşub.
Toqquşmadan sonra idarəetməni itirən “Hyundai” markalı avtomobil işıqforun dirəyinə çırpılaraq onu aşırdıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.