Yaralılar xəstəxanadadır
Bu gün səhər 08 radələrində “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən "VAZ 2107" markalı minik avtomobili çıxıb.
Həmçinin oxu: Bakıda məktəbliləri aparan avtobus qəzaya düşdü, yaralılar var
Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də, yol sürüşkən olduğundan nəqliyyat vasitəsinin idarəetməsini itirib. Nəticədə avtobus yoldan kənara çıxıb.
Qəza nəticəsində sərnişinlərdən bir neçə nəfərin xəsarət aldığı bildirilir.
09:37
Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.
BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə rayonun Maştağa qəsəbəsi ərazisində baş verib.
Həmçinin oxu: Bakıda avtobus sürücüsü sərnişinə bıçaq çıxartdı: "Səni deşik-deşik edərəm" - VİDEO
Qəsəbə ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Mitsubishi-Pajero" və "VAZ 2107" markalı avtomobillərlə toqquşub.
Hadisə nəticəsində sərnişin avtobusu və "Mitsubishi-Pajero" körpüdən aşıb, 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.