Bakıda spirtli içkidən daha bir zəhərlənmə: vəziyyəti ağırdır

Bakıda spirtli içkidən daha bir zəhərlənmə: vəziyyəti ağırdır

Toksikologiya şöbəsinə yerləşdirilib

Bakıda 40 yaşlı kişi spirtli içkidən zəhərlənib.

BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə yanvarın 24-i saat 19 radələrində, paytaxtın Xətai rayonu Q.Nəbi küçəsi ərazisində qeydə alınıb.

Həmçinin oxu: Bakıda saxta spirtli içki hazırlayıb satanlar həbs edildi - FOTO + VİDEO

Belə ki, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Şahmalı Əzimov "Beer Point" kafesində 1 litr "Tradisii Belarusii" markalı araq içərək zəhərlənib. O, spirtli içki diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Ş.Əzimovun vəziyyəti ağırdır.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.

BakuCity.az

spirtli içki zəhərlənmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər