İçərişəhərdəki yeraltı hamam kompleksinin bərpası yekunlaşıb

İçərişəhərdəki yeraltı hamam kompleksinin bərpası yekunlaşıb

Bərpa işlərini Avstriya şirkəti həyata keçirib

İçərişəhər, Böyük Qala küçəsi, 50 ünvanında arxeoloji qazıntı aparılarkən aşkar edilmiş orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb.

BakuCity.az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov deyib.

Onun sözlərinə görə, Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, həmçinin Qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb.

Qeyd olunan layihələr Avstriyanın tarixi abidələrin bərpası sahəsində tanınmış “Atelier Erich Pummer” şirkəti tərəfindən həyata keçirilib.

BakuCity.az

İçərişəhər hamam bərpa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər