Nömrələri gizlədən sürücülər 500 manat cərimələndi

10-a yaxın sürücü cərimələnib

Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını gizlədən sürücülər cərimələnib.

BakuCity.az xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın 28 May küçəsində bir neçə nəqliyyat vasitəsinin Bakı Nəqliyyat Agentliyinin (BNA) kameralarından yayınmaq üçün dövlət qeydiyyat nişanlarını gizlətməsini əks etdirən görüntülər yayılıb.

BNA-nın mətbuat katibi Mais Ağayev APA-ya bildirib ki, dayanma-durma qaydalarını pozaraq cərimədən yayınmaq məqsədilə avtomobilin dövlət qeydiyyat nişanının gizlədilməsi qanuna ziddir:

"Dəfələrlə sürücülər tərəfindən buna cəhdlər olub və dərhal müvafiq tədbirlər görülüb. Əsasən qanunsuz parklanmaya nəzarət kameralarının olduğu ərazilərdə bu cür hallara rast gəlinir. Bu cür qanunazidd əməllər aşkarlandıqda dərhal Dövlət Yol Polisinə məlumat verilir və həmin avtomobilin sürücüsü müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun tədbir görülür. Sürücülər bilməlidirlər ki, onların bu hərəkətinə görə cərimə sanksiyası daha ağırdır. Bir daha sürücülərimizi yol hərəkəti qaydalarına, o cümələdən də dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırırıq”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə deyib ki, BNA-nın müraciəti əsasında 28 May küçəsində dövlət qeydiyat nişanını gizlədən 10-a yaxın sürücü cərimələnib.

V.Əsədov, həmçinin qeyd edib ki, dövlət qeydiyyat nişanının gizlədilməsinə görə cərimənin məbləği 500 manatdır.

BakuCity.az

sürücülər cərimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Siyasət
"Atəşkəs tələbləri qəbuledilməzdir". "Bir daha bildirirəm ki, işğal altında olan torpaqlarını azad etməkdə azərbaycanlı qardaşlarımızın yanındayıq. Xüsusilə Minsk üçlüyü adlandırılan ABŞ, Fransa və Rusiya 30 ildir bu problemə laqeyd yanaşırlar. Bu səbəbdən atəşkəs tələbləri qəbuledilməzdir". BakuCity.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, işğalçılar əvvəlcə bu torpaqları tərk etməlidirlər: "Azərbaycanlı...
Siyasət
Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağla bağlı bəyanat yayıb. BakuCity.az-ın verdiyi xəbərə görə bəyanatda edilir: (qazet.az)
Siyasət
Bölmələrimiz düşmənin hərbi kolonlarını məhv edib. Düşmənin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. BakuCity.az
Cəmiyyət
Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri açıqlanıb. Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 16 nəfər isə həlak olub. BakuCity.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, Ermənistan hərbi birləş...
Siyasət
Ermənistanın internet məkanını qorxu altındadır. Azərbaycanlı hakerlər artıq neçə gündür ki, Ermənistanın internet məkanını qorxu altında saxlayır.   BakuCity.az xəbər verir ki, hakerlərimiz bu dəfə isə düşmənin enerji sisteminə zərbə vurub. Belə ki, Ermənistanın enerji sisteminə aid günəş panelləri sıradan çıxarılıb. BakuCity.az
Cəmiyyət
Azad edilmiş ərazilərdən görüntülər. Sosial şəbəkələrdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş ərazilərdən görüntülər paylaşılıb.   BakuCity.az  xəbər verir ki, görüntülərdə düşmənə məxsus xeyli sayda yararsız hala düşmüş hərbi zirehli texnika yer alıb. (report) BakuCity.az
Siyasət
İşğal altında olan Xankəndidə hər yarım saatdan bir həyəcan siqnalı verilir. BakuCity.az xəbər verir ki, bu barədə "Exo Moskvı" radiostansiyasında bildirilib. Erməniləri dəhşətə salan, onların kabusuna çevrilən Azərbaycanın uçan pilotsuz aparatlarıdır. Xankəndidə məskunlaşdırılan ermənilərin böyük əksəriyyəti Azərbaycan ordusunun əks-hücum həmlələrindən qorxuya düşərək şəhəri tərk edib. Şəhərdə qalan az sayda erməni isə PUA-nın yaratdığı qorxunun təsirində...
Kriminal
Tərtər növbəti dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. BakuCity.az xəbər verir ki, bu barədə rayon sakinləri məlumat verib. Oktyabrın 1-i saat 8:30 radələrində düşmənin növbəti dəfə atdığı top mərmilərindən ikisi şəhərin mərkəzinə düşüb və nəticədə bir nəfər həlak olub.  Top mərmisinin düşdüyü ərazidə olan obyektlərə ziyan dəyib. BakuCity.az
Cəmiyyət
“Sentyabrın 27-də şəhər saatlarından Füzulidə oldum”. BakuCity.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. V.Bayramov qeyd edib ki, son 3 gün ərzində Füzulidə baş verənləri müşahidə etmək imkanı olub: “Horadiz şəhərində və eləcə də Füzulinin kəndlərində görüşlər keçirdik. Müşahidələrim onu göstərdi ki, insanlar içərisində birmənalı olaraq əhval-ruhiyyə yüksəkdir. Onlar bizə müraciət edərək könüllü olaraq orduda xidmət etmək istədiklərini bildirir...