Quduzluq əlaməti olub
Bakıda azyaşlı it dişləməsindən sonra dünyasını dəyişib.
BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində qeydə alınıb.
Belə ki, 4-cü sinif şagirdi Ömərov Poladı ötən ay küçədə sahibsiz it dişləyib. Həmin vaxt uşaq yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və ona yardım göstərilib.
Qonşuların bildirdiyinə görə, uşaqda quduzluq əlaməti olduğu üçün o, ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, azyaşlı sözügedən massivdə yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin şagirdi olub.