Bakıda bu komandalara 25 min manat maddi dəstək göstəriləcək - FOTO

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi baş tutub

25 yanvar tarixində İnnovasiyalar Agentliyinin nəznində fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi baş tutub.

BakuCity.az xəbər verir ki, Pre-akselerasiya proqramına seçim turu 2 mərhələdən ibarət olub və müraciət edən 45 komandadan cəmi 10 -u seçilərək finala vəsiqə qazana bilib.

Bu gün keçirilən son seçim mərhələsində startaplar 5 dəqiqə müddətində münsiflər heyəti və investorlar qarşısında öz təqdimatları ilə çıxış ediblər. Müstəqil ekspertlərdən ibarət olan münsiflər heyəti və investorların dəyərləndirməsindən keçən 5 top layihə Pre-akselerasiya proqramında iştirak etmək şansı qazanıb.

Qalib komandaların adları:

1. İŞIQ - karyera seçimi üçün interaktiv platforma;

2. ABC Planet-dünyada savadlılığı artırmağa hədəflənən məktəbəqədərtəhsil startapı;

3. AIDAtoolkit – Multimedia kontentinin yaradılması üçün kross-platformalı alət;

4. WinFi - Səyahətçilər üçün qlobal WiFi paylaşma platforması;

5. Pesekar.az - peşə sahiblərini bir arada toplayaraq, onların xidmətlərini istehlakçılara çatdıran platforma.

Qalib komandalar bu gündən etibarən Barama Pre-akselerasiya proqramının təqdim etdiyi böyük imkanlardan yararlana biləcəklər.

Pre-akselerasiya proqramına seçilən komandalara 25 min manata qədər maddi dəstək göstəriləcək, onlar xarici mentorların üstünlük təşkil etdiyi 30-dan çox mentordan dəstək alacaq, İnnovasiyalar Agentliyində ofislə təmin olunacaq və ABŞ-da keçiriləcək mübadilə proqramında iştirak edəcəklər.

Bu Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti dövründə baş tutan ilk Pre-akselerasiya proqramıdır. 3 ay davam edəcək proqram ərzində startaplar daha çox xarici mentorların dəstəyi ilə öz layihələrini biznes və məhsulun inkişaf etdirilməsi mərhələlərindən keçirəcəklər.

Tədbirdə investorlar,müstəqil ekspertlər və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, münsiflər heyətinin tərkibinə İnnovasiyalar Agentliyinin Qrantlar, Kreditləşmə və İnvestisiyalar şöbəsinin müdiri Tural Maqsudov, İnnovasiyalar Agentliyinin Biznesin İnkişafı və İnvestisiyaların təşviqi şöbəsinin müdiri Əli Əsgər Taheri, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Araşdırmalar üzrə müdiri Leyla Seyidzadə, “MenaPay”-in İdarə Heyətinin üzvü və “Behrud Tecnology”-nin baş icraçı direktoru Turan Alməmmədov, “Seedstars”-ın Mərkəzi-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrəRegional Meneceri Ağahüseyn Əhmədov, MDB ölkələri üçün HCI Biznesin inkişafı üzrə direktoru Rasim Baxşı, “Deloitte Azerbaijan” -ın direktoru Tural Hacıyev daxil olub.

 BakuCity.az

Bakı 25 min
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
15 dərəcə isti olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, aprelin 3-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Hav...
Cəmiyyət
“Aztəminatlı ailələrə yardım olunmalıdır” Yaxın günlərdə sosial yardımlarla bağlı qərar veriləcək. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. O bildirib ki, qərarda məqsəd vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsidir: “İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil". BakuCity.az
Cəmiyyət
Əhaliyə ödəmələr bu həftə başlaya bilər "Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik". BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bankların iş zəncir...
Cəmiyyət
8 nəfərin vəziyyəti ağırdır Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyəti ağır, 11-nin orta ağır, yerdə qalanların vəziyyəti isə sabitdir. Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib. BakuCity.az
Cəmiyyət
“Karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir” Polisin maska və əlcəksiz küçəyə çıxanları cərimələməsi bəzi insanların narazılığına səbəb olub. Onlar qanunda belə bir cərimənin olmadığını bildiriblər. BakuCity.az “BakuPost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də bu məsələyə aydınlıq gətirib. Ə.Baqişev bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsu...
Hadisələr
Artıq sığınacaqdadır Bakıda itin gözlərini çıxardıblar. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, gözləri çıxarılan köpəyi küçədən heyvansevərlərdən biri götürüb. Artıq sığınacağa yerləşdirilən itin kim tərəfindən bu hala salındığı, neçə gündür bu vəziyyətdə olduğu məlum deyil. Xatırladaq ki, bir müddət əvvəl də bir itin gözləri çıxarılmış, cinsiyyət orqanı kəsilmişdi. Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. BakuCity.az
Cəmiyyət
Aptekə, marketə gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir "Vətəndaş hər dəfə polis naryadını görəndə deyə bilər ki, o, məişət tullantısını atmağa çıxıb. Buna görə də vətəndaşların evdən çıxmağı ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər öz həllini tapıb". BakuCity.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə müsahibəsində de...
Hadisələr
İlkin səbəbi açıqlanıb Bu gün gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın baş verib. BakuCity.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Ümumi sahəsi 5000 kv.m olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarə...
Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...