Azərbaycanda da zəlzələ oldu

Azərbaycanda da zəlzələ oldu

Təkanlar səhər saatlarında qeydə alınıb

Yanvarın 27-də Mingəçevir şəhəri ərazisində 3,4 maqnitudalı zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, yeraltı təkanlar saat 05:35-də Mingəçevir stansiyasindan 10 kilometr şimal-qərbdə qeydə alınıb.

Dərinliyi 28 km olan zəlzələ hiss olunmayıb.

BakuCity.az

zəlzələ Mingəçevir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər