VAZ qırmızı işıqda dayanan "Mercedes"ə çırpıldı, yaralı var - FOTO + VİDEO

VAZ qırmızı işıqda dayanan "Mercedes"ə çırpıldı, yaralı var - FOTO + VİDEO

Hadisənin təfərrüatı araşdırılır

Bakının Səbail rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, qəza Bakı-Salyan magistralında qeydə alınıb.

Sürücü Bəhruz Nəcəfli etiraf edib ki, idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçmək istəyib. Bu zaman onun avtomobili işıqforun qırmızı işığında dayanmış Məhərrəm Hüseynlinin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı M.Hüseynli xəsarət alıb.

Əraziyə Səbail Rayon DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

VAZ qırmızı işıqda dayanan "Mercedes"ə çırpıldı, yaralı var - FOTO + VİDEO, fotoşəkil-1 VAZ qırmızı işıqda dayanan "Mercedes"ə çırpıldı, yaralı var - FOTO + VİDEO, fotoşəkil-2 VAZ qırmızı işıqda dayanan "Mercedes"ə çırpıldı, yaralı var - FOTO + VİDEO, fotoşəkil-3 VAZ qırmızı işıqda dayanan "Mercedes"ə çırpıldı, yaralı var - FOTO + VİDEO, fotoşəkil-4

BakuCity.az

Bakı yol qəzası toqquşma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər