Bakıda şagirdi çox olan məktəblər üçün avtobuslar təşkil ediləcək

Bakıda şagirdi çox olan məktəblər üçün avtobuslar təşkil ediləcək

İşçi qrupu müvafiq işlər aparır

Müzakirə edilən məsələlərdən biri də məktəblilər üçün avtobusların təşkil edilməsi ilə bağlıdır.

BakuCity.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlığa başlanılıb:

"Agentliyin və Təhsil Nazirliyinin birgə işçi qrupu müvafiq işlər aparır. Düşünürəm ki, 2020-ci yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq".

Nazir qeyd edib ki, bu, birinci mərhələdə bütün məktəbləri əhatə etməyəcək:

"Lakin hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər".

BakuCity.az

avtobus məktəb Ceyhun Bayramov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər