Tahir İmanov: "Yeni konsertimiz Azərbaycan televiziyasına qayıdışımıza həsr olunacaq" - MÜSAHİBƏ

Tahir İmanov: "Yeni konsertimiz Azərbaycan televiziyasına qayıdışımıza həsr olunacaq" - MÜSAHİBƏ

"Planet Parni iz Baku" KVN Teatrı 15-19 aprel tarixlərində yeni konsertləri ilə pərəstişkarlarını sevindirəcək

Azərbaycanın Əməkdar artisti, əfsanəvi "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanovun BakuCity.az-a müsahibəsi

- Bu il pərəstişkarlarınız üçün nə hazırlayırsınız?

- Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, "Planet Parni iz Baku" KVN komandasının konsertlərinin Azərbaycan televiziyasına qayıtmasına şadam. Nümayişinə qadağa qoyulan bütün layihələrimiz göstərildi. Bu qadağa dörd ildən çox davam etdi. Ancaq 2019-cu il martın 1-də möhtərəm cənab Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə tarixi görüşündə bu sahədə bir çox məsələ, o cümlədən bizim problemimiz həll olundu. Qeyd etmək istəyirəm ki, bizim üçün bu görüş xüsusi idi: Azərbaycan mədəniyyətinin nəhəngləri ilə bir sırada olmaq böyük şərəfdir!

Problemlərimiz tez həll olundu ki, ağlıma belə gətirə bilməzdim. Dəfələrlə dövlət başçısına müraciət etməyə çalışdıq və qəflətən bizi belə bir toplantıya dəvət etdilər, dərhal da bütün  problemlər həll edildi.

Həmçinin oxu: “Ağanatiq-2” komediyasının premyerası olacaq – Tahir İmanov detalları açıqladı

Buna görə qarşıdan gələn konsertin belə bir adı var - "Televiziyaya giriş sərbəstdir". Bu konsert Azərbaycan televiziyasına qayıdışımıza həsr olunacaq. Bir çoxları elə bilir ki, "Parni iz Baku "  teatrının özü qadağan olunub. Çünki nəinki teatrımızın məhsulları, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə gəlib baxdığı konsertlərin də göstərilməsi qadağan edilmişdi.

Tahir İmanov: "Yeni konsertimiz Azərbaycan televiziyasına qayıdışımıza həsr olunacaq" - MÜSAHİBƏ, fotoşəkil-1

Allaha şükür, bu gün heç bir problemimiz yoxdur! Layihələrimiz yenidən ekrandadır, biz də öz növbəmizdə, fəaliyyətimizi davam etdirəcəyik və televiziyalarla əməkdaşlıq edirik.

- Adından da aydın olur ki, Azərbaycan televiziyalarının parodiyaları da olacaq.

- Problem ondadır ki, çoxları bizi özlərinə sərf etdiyi kimi qəbul edir. Bunlar, əsasən, başqalarına gülə bilən insanlardır, amma özlərinə yox. Tənqidin onlara ünvanlandığını görəndə təhqir, qadağan və s. başlayır. Dərhal demək istəyirəm ki, "Planet Parni iz Baku" KVN komandası həmişə bir işlə məşğul olur - bəzi məmurlar, korrupsiya və s. kimi cəmiyyətimizin mənfi tərəflərini gülüş hədəfinə çevirməklə. 

Yenidən Azərbaycan televiziyasına buraxılsaq da, yerli televiziya kanallarını tənqid etməyə davam edəcəyik, çünki bu gün bu sahədə hər şey istənilən səviyyədə deyil. Bunu təkcə biz  yox, görməkli Azərbaycan ziyalıları da deyir. Bu yaxınlarda Elçin Şıxlının bir məqaləsini oxudum, orada deyilir ki, insanların yerli televiziyaya baxmaq istəyini öldürüblər. Çingiz Abdullayev də bu barədə danışıb.

Bir sözlə, tənqid ediləsi çox şey var. Bunları səbəbsiz yerə eləmirik, əgər sadəcə nağıllar uyduraraq başqa insanların materiallarını yenidən yazsaq, inanın, heç kim gülməz. İki min insanı bir saat gülməyə və alqışlamağa məcbur etmək mümkün deyil. Yalnız həqiqətə gülürlər, onu alqışlayırlar!

Tahir İmanov: "Yeni konsertimiz Azərbaycan televiziyasına qayıdışımıza həsr olunacaq" - MÜSAHİBƏ, fotoşəkil-2

Buna görə də bütün bunlar teatrımızın növbəti konsertində olacaq. Təəssüf ki, bu gün estrada ulduzları azalır və “müğənnilər” ön plana çıxır. Bu vəziyyəti heç vaxt qəbul etməyəcəyik! Satiramızın prizmasından baxaraq demək istəyirik ki, "oxumayın", aşağı səviyyədə çıxış etmək olmaz.

- Ölkədə çoxsaylı ictimai-siyasi dəyişikliklər baş verdi. Bu mövzuya toxunulacaqmı?

- Əlbəttə! Siyasi səhnədə böyük dəyişikliklər baş verir, görkəmli siyasi xadimlər gedir  və gənclər hakimiyyətə gəlir. Bu cür hadisələrin yanından necə sakit keçmək olar?

Tezliklə parlament seçkiləri olacaq, artıq çox sayda namizəd qeydə alınıb. Ötən hadisələrin acı təcrübəsini nəzərə alaraq TV müzakirələrində nələrin baş verəcəyini təsəvvür edirəm. Buna görə də bəzi namizədlərin danışmağa başlayacağı anı gözləyirik.

- Konkret şəxslərlə maraqlanırsınız?

- Debatın ümumi mənzərəsi ilə maraqlanırıq. Ümumiyyətlə, özləri haqqında danışanlar var ki, onların dedikləri xalqa aiddir. Biz də öz növbəmizdə, belə şəxslərin, namizədlərin, onların sitatlarını, psevdo-populyarlığını nəzərə alaraq bunların hamısını proqramımıza daxil edirik.

- Konsertin reklam çarxında dəvətnamələrin olmayacağını qeyd etmisiniz. Bu barədə nə deyə bilərsiniz?

- Belə insanların dairəsi ildən-ilə daralır. İnanıram ki, insanın yaradıcılığına hörmətlə yanaşsan, bilet alıb onun çıxışına gedəcəksən. Bəzi məmurlar bilet almaq imkanına baxmayaraq, dəvətnamə ilə gəlməyi üstün tuturlar. Bu problem əvvəllər mövcud idi, bu barədə hətta ümummilli liderimiz Heydər Əliyevə demişdik. Hər dəfə onsuz da almaq imkanı olanlara çox sayda pulsuz bilet buraxılır.

Bu vəziyyətdə mənim üçün bir nümunə böyük Alla Borisovnanın sözləridir: “Məni incitmək istəsən, mənə dəvət göndər. Zəruri hesab etsəm, özüm bilet alacağam". Düzünü desəm, mən yalnız bunun tərəfdarıyam. Mənə dəvət göndərən teatrlarda işləyən çoxlu dostum var. Amma bilet almaq borcumdur – bu, sənətçinin fəaliyyətinin ən vacib qiymətləndirməsidir. Məsələn, sabah tikinti işi ilə məşğul olsaq, konsertlərə dəvətnamə gözləyən insanlar pulsuz mənzil almaq istəcəyəcəklər?

Tahir İmanov: "Yeni konsertimiz Azərbaycan televiziyasına qayıdışımıza həsr olunacaq" - MÜSAHİBƏ, fotoşəkil-3

Ancaq media nümayəndələrini dəvət etməyi özümə borc hesab edirəm, çünki biz onlara çox borcluyuq. Məşhur simaları və mədəniyyət nümayəndələrini tanıtmaq üçün çox iş görürlər. Mətbuat olmadan heç bir şey etmək olmaz! Sosial şəbəkələrin və ya “YouTube”un nə qədər populyar olmasına baxmayaraq, mətbuat bir nömrə olaraq qalır!

- “Gülüş Liqası”nın finalında KVN komandanıza müxtəlif komandalardan iki iştirakçı dəvət etdiniz. Onlar qarşıdakı konsertdə iştirak edəcəklərmi?

- İndiyə qədər onlardan müsbət və ya mənfi cavab almamışam. İşim dəvət etməkdir: əgər insanlar həqiqətən də komandamızın bir hissəsi olmaq istəyirlərsə, məni hər yerdə tapacaqlar. Bəlkə də konsertə daha az qalanda bu barədə qərar verəcəyik.

Mənim vaxtımda hər şey başqa idi. Yadımdadır, Anar Məmmədxanov məni komandaya dəvət edəndə xoşbəxtlikdən və səbirsizlikdən bir həftə yata bilmədim. Onun təklifindən sonra dərhal telefonunu götürdüm və nə vaxt işə başlayacağımı bilmək üçün israrla Anara zəng etməyə başladım. Dəvət alsanız da, yenə də israrlı olmalı, sözün yaxşı mənasında, maraq göstərməlisiniz. Laqeydlik göstərsəniz, fikirlərini dəyişə bilərlər.

- Bu gün Azərbaycanda komandanızın uğurlarını təkrarlamağa çalışan komandalar varmı?

- Uğurumuzu təkrarlamaq üçün Yuli Qusman, Anar Məmmədxanov, Bəhram Bağırzadə kimi şəxsiyyətlər lazımdır. Anar Məmmədxanovun qəhramanlığı 20 yaşında olanda komandanı  Premyer Liqaya gətirmək və çempion olmaq məsuliyyətini öz üzərinə götürmək idi. İndiki zamanda uşağının 20 yaşında lider olmasına kim inanır? Anar Məmmədxanov 22 yaşında, mən 17 yaşımda, Elçin Əzizov 16 yaşında çempion oldu.

Komandanın Anar Məmmədxanov kimi bir kapitanı olması çox vacibdir! Hətta Aleksandr Vasilyeviç Maslyakov nə əvvəl, nə də sonra Anar kimi kapitanın olmadığını demişdi: cəsarətli, xeyirxah və sərbəst!

Tahir İmanov: "Yeni konsertimiz Azərbaycan televiziyasına qayıdışımıza həsr olunacaq" - MÜSAHİBƏ, fotoşəkil-4

Züleyxa İsmaylova

BakuCity.az

Tahir İmanov yeni konsert "Planet Parni iz Baku" KVN teatrı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər