Bakıda palçıq vulkanı qazpaylayıcı stansiya üçün təhlükə yaradır - FOTO

Bakıda palçıq vulkanı qazpaylayıcı stansiya üçün təhlükə yaradır - FOTO

Otmanbozdağ vulkanının təhlükə riski tədqiq olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Qaradağ rayonunda yerləşən Azərbaycanın ən iri və aktiv palçıq vulkanlarından olan Otmanbozdağın təhlükə riskini tədqiq ediblər.

Akademiyadan BakuCity.az-a verilən məlumata görə, tədqiqatlar “Norm” MMC ilə institut arasında imzalanmış müqaviləyə əsasən baş tutub. Belə ki, vulkanın 2017 və 2018-ci illərdə iki fazalı püskürməsi qeydə alınıb, bu isə vulkan sahəsində yerləşən “Norm” MMC-yə məxsus qazpaylayıcı stansiya üçün təhlükə riskini formalaşdırıb.

Tədqiqatlar zamanı Otmanbozdağın yerləşdiyi sahənin gərginlik vəziyyəti öyrənilib, yer qabığının, eləcə də tektonik dislokasiyaların hərəkət istiqamətləri müəyyən edilib. Paroksizm nəticəsində xaric olunan palçığın axma sürəti hesablanıb, şərq və qərb eruptiv mərkəzlərindən tullanan brekçiyanın potensial axma istiqamətləri üçün qanunauyğunluq müəyyənləşdirilib, həmçinin onların maksimal hərəkət sərhədləri göstərilib.

Kompleks tədqiqatlar nəticəsində potensial risk qiymətləndirilib və qazpaylayıcı stansiyanın yerinin dəyişdirilməsi tövsiyə olunub.

Bakıda palçıq vulkanı qazpaylayıcı stansiya üçün təhlükə yaradır - FOTO, fotoşəkil-1 Bakıda palçıq vulkanı qazpaylayıcı stansiya üçün təhlükə yaradır - FOTO, fotoşəkil-2 Bakıda palçıq vulkanı qazpaylayıcı stansiya üçün təhlükə yaradır - FOTO, fotoşəkil-3

BakuCity.az

Bakı palçıq vulkanı qazpaylayıcı stansiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər