Martın 8-dək uçuş olmayacaq
“Azərbaycan Hava Yolları” QSC (AZAL) hər il olduğu kimi bu il də Bakıdan Çinin paytaxtı Pekinə həyata keçirdiyi uçuşları müvəqqəti dayandıracaq.
BakuCity.az xəbər verir ki, bu barədə “Report”a AZAL-dan bildirilib.
Məlumata görə, fasiləyə səbəb Çində qeyd olunacaq bayramlarla əlaqədar aviareyslərə tələbatın aşağı düşməsidir.
Odur ki, martın 8-nə qədər Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həyata keçirilməyəcək.
BakuCity.az