Bakıda rəqs üzrə açıq çempionat keçiriləcək

Bakıda rəqs üzrə açıq çempionat keçiriləcək

Çempionatı Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası keçirir

Paytaxtda Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə “Baku Dance Open – 2020” keçiriləcək.

BakuCity.azxəbər verir ki, Bakı rəqs üzrə açıq çempionatına fevralın 9-u saat 10:00-da Azərbaycan Rəqs Assosiasiyasında start veriləcək.

Çempionatı keçirilməsinin əsas məqsədi müxtəlif müasir və ictimai rəqs növlərində calışan istedadlı kollektivlərin müəyyən edilməsi, Azərbaycanı dünya və Avropa çempionatlarında təqdim etmək ücün rəqqasların və kollektivlərin seçimidir.

Həmçinin Azərbaycan və yaxın xaricdə rəhbərlər, xoreoqraflar, müəllimlər və rəqqaslar arasında təcrübə mübadiləsi, sağlam həyatın təşviqi, uşaqların, yeniyetmələrin və gənclərin müasir ictimai rəqs növləri ilə məşğulluğa cəlb olunması əsas götürülüb.

Qeydiyat qaydaları:

1. İştirakçıların qeydiyyatını kollektivin rəhbəri və ya onun nümayəndəsi etməlidir;
2. İştirak üçün ərizə 08.02.2020 tarixinə qədər (istisna hallarda 9-u da) təşkilat komitəsinə təqdim olunmalıdır;
3. Əsas qeydiyyat, təqaüdlərin ödənilməsi və start nömrələrin verilməsi tədbirdə keçiriləcək;
4. Tədbirdə qeydiyyat nominasiyaya 30 dəqiqə qalmış bağlanır;
5. Bütün ərizələr [email protected] ünvana göndərilməlidir.

Əlavə məlumatı bu nömrələrdən əldə etmək olar:

+994 50 250 22 80
+994 50 250 22 93

Tədbirə informasiya dəstəyi BakuCity.az, təşkilati dəsək “Jam Group” tərəfindən görərilir.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı rəqs çempionat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər