Bakıya yeni "zibil maşınları" gətiriləcək - FOTO

Bakıya yeni "zibil maşınları" gətiriləcək - FOTO

İlk 5 ədədi Bakıya gətirılib

Bakıya məişət tullantıları daşıyan 27 yeni avtomobil gətiriləcək.

Bu barədə BakuCity.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlərin alınmasına başlanılıb. Dekabrın sonunda Almaniya istehsalı olan xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin ilk 5 ədədi Bakıya gətirılib, fevral ayında daha 27 ədəd nəqliyyat vasitəsi gətiriləcək.

Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, əl əməyindən istifadəni azaldacaq, kommunal xidmətlərin mövcud avtoparkının yenilənməsinə səbəb olacaq.

Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tulantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

Bakıya yeni "zibil maşınları" gətiriləcək - FOTO, fotoşəkil-1 Bakıya yeni "zibil maşınları" gətiriləcək - FOTO, fotoşəkil-2

BakuCity.az

Bakı tullantı avtonəqliyyat vasitələri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər